Sportinfo.az xəbər verir ki, “Lill”in hücumçusu Olivye Jiru “Borussiya Dortmund”a keçməməsinin səbəbinin həyat yoldaşı Cennifer olduğunu bildirib.
2018-ci ilin yanvar ayında Jiru “Borussiya Dortmund”a keçə bilərdi, amma o, bu variantı rədd etdi və “Arsenal”dan “Çelsi”yə keçdi.
“O dedi ki, ‘bunu unut. Əgər məni indi başqa bir ölkəyə, Almaniyaya və hətta Dortmunda aparsan, səni öldürərəm'”, – deyə 40 yaşlı fransız “Canal+-a” verdiyi müsahibədə bildirib.
Olivye və Cennifer 2011-ci ildən bəri evlidirlər. Onların 2013-cü ildə qızları Ceyd, 2016-cı ildə oğulları Evan, 2018-ci ildə oğulları Aaron və 2020-ci ildə qızları Aria dünyaya gəlib.
Daha əvvəl “Tur”, “Monpelye”, “Arsenal”, “Çelsi”, “Milan” və “Los-Anceles” klublarında oynamış dünya çempionu demişdi: “Çox güman ki, bu, oyunçu kimi son mövsümümdür. Hər andan zövq alıram”.

