“Monako”nun yarımmüdafiəçisi Lamin Kamara qış transfer dövründə İngiltərə klubuna keçə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, seneqallı futbolçu ilə “Liverpul” və “Çelsi” maraqlanır.
Yayda 55 milyon avroluq transferi baş tutmayan Kamara üçün “Monako”nun tələbi isə 70 milyon avroya yüksəlib.
“Çelsi”nin bu məbləğlə futbolçuya yenidən maraq göstərməsi az ehtimal olunur. Bununla belə, Kamara klubun baş məşqçisi Xabi Alonsonun bəyəndiyi oyunçulardandır.
Yarımmüdafiə xəttini gücləndirmək istəyən “Liverpul” isə hazırda 22 yaşlı futbolçunun transferində əsas namizəd sayılır.
“Qırmızılar” həmçinin, “Bornmut”dan Aleks Skott və “Roma”dan Manu Konenin transferini nəzərdən keçirir.
Kamara bu mövsüm bütün turnirlərdə 7 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
