Məşhur hücumçu 61 milyon qazandı, 60 min itirdi - Təzminat ödəyəcək

18:20 Fransa 87
Məşhur hücumçu 61 milyon qazandı, 60 min itirdi - Təzminat ödəyəcək

Paris Apellyasiya Məhkəməsi “Real Madrid”in hücumçusu Kilian Mbappenin keçmiş klubu PSJ-yə 60 min avro ödənməsi barədə qərar çıxarıb.

Sportinfo.az Franasanın nüfuzlu “L’Equipe” nəşrinə istinadla xəbər verir ki, bu məbləğ 2025-ci ildə Paris klubunun bank hesablarına dondurulma tətbiq edilməsinə görə kompensasiya xarakteri daşıyır.

Xatırladaq ki, Mbappe 2024-cü ilin avqustunda PSJ-dən “Real”a transfer olunduqdan sonra parislilərə qarşı 60 milyon avroluq iddia qaldırmışdı.

Fransalı hücumçu klubun müqavilədə nəzərdə tutulmuş bonus və mükafatları ona ödəmədiyini iddia edirdi.

2025-ci ilin yazında bu işə Əmək Mübahisələri Məhkəməsində baxılıb.

Məhkəmə prosesi zamanı Kilianın vəkilləri klubun bank hesablarına təminat həbsi qoyulmasını təşəbbüs ediblər və bu dondurulma 2025-ci il aprelin 10-dan mayın 25-dək davam edib.

Artıq həmin ilin dekabrında məhkəmə futbolçunun lehinə qərar çıxararaq klubdan təxminən 61 milyon avro tutulmasına hökm etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti