Rəhbərlik yeni müqavilə imzalamağa ümid edir - Onunla

19 Sentyabr 00:10 Fransa 404
Rəhbərlik yeni müqavilə imzalamağa ümid edir - Onunla

PSJ rəhbərliyi komandanın vingeri Desire Due ilə yeni müqavilə imzalamağa ümid edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu artıq 21 yaşlı futbolçuya yeni sözləşmə təklif edib.

Yeni müqavilənin müddəti 2031-ci ilin ortalarına qədər nəzərdə tutulub. Razılaşmaya oyunçunun maaşının əhəmiyyətli dərəcədə artırılması da daxildir.

Due özü də gələcəyini PSJ ilə bağlamağa hazırdır.

Fransalı futbolçu PSJ-yə 2024-cü ildə 50 milyon avro qarşılığında “Renn”dən keçib.

Onun hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalı Duenin dəyərini 120 milyon avro qiymətləndirir.

PSJ ölkə çempionatında növbəti oyununu bazar günü, səfərdə “Marsel”ə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!