Neymar PSJ-dən göndərilir?

18 İyun 2022 22:00 Fransa 597
Neymar PSJ-dən göndərilir?

PSJ-nin futbolçusu Neymar klubdan ayrılmaqdan imtina edib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Bildirilib ki, PSJ maaş fondunda qənaət etmək niyyətindədir və buna görə bir neçə oyunçudan qurtulmağa hazırdır. Bir mövsümdə təxminən 50 milyon avro maaş alan Neymar satışa çıxarılmağa namizədlərindən biridir. Amma braziliyalı hücumçu xəbərdarlıq edib ki, klubdan ayrılmaq fikrində deyil.

Qeyd edək ki, 30 yaşlı oyunçu 2017-ci ildən PSJ-də çıxış edir. O, ötən mövsüm bütün yarışlarda 28 oyun keçirib, 13 qol vurub və 8 qolun ötürməsini verib. Futbolçunun PSJ ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"