Məşhur klubun prezidenti koronavirusa qalib gəldi

25 Mart 2020 01:48 Dünya futbolu 434
Məşhur klubun prezidenti koronavirusa qalib gəldi

“Olimpiakos"un sahibi və prezidenti Evangelos Marinakis koronavirusa qalib gəlib.

Sportinfio.az xəbər verir ki, bu barədə sözügedən Yunanıstanın klubunun rəsmi saytı məlumat yayıb.

Marinakis koronavirus testinin müsbət nəticə verdiyini martın 10-da öz “İnstaqram” hesabında açıqlamışdı. Bu gün isə o, artıq xəstəliyə qalib gəldiyini və tam sağaldığını bəyan edib. Klub rəhbəri bu müddət ərzində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.

Marinakis həm də İngiltərənin “Nottingem Forset” klubunun sahibidi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!