Fransalı FIFA referisi Villi Delajo cari mövsüm ikinci dəfə "Sabah" komandasının UEFA Çempionlar Liqasındakı oyununa təyinat alıb.
Sportinfo.az xəbər verir ki, 33 yaşlı hakim Azərbaycan təmsilçisinin III təsnifat mərhələsində Danimarkanın "Orhus" kollektivini Bakıda 4 cavabsız qolla üstələdiyi cavab matçını da idarə edib.
O, 2024-cü ildə "Qarabağ"ın "Tottenhem"ə (İngiltərə) Londonda 0:3 hesabı ilə uduzduğu UEFA Avropa Liqasının əsas mərhələsinin qarşılaşmasında söz sahibi olub.
V.Delajo 2023/2024 mövsümündə "köhlən atlar"ın bu turnirdəki qarşılaşmasına da təyinat alıb.
Fransalı ədalət təmsilçisi Ağdam klubunun Finlandiyada HİK-i 2:1 hesabı ilə məğlub etdiyi III təsnifat mərhələsinin cavab görüşündə meydanda ədaləti qoruyub.
2020-ci ildən beynəlxalq oyunlara təyinat alan referi 2021/2022 mövsümündə "Neftçi"nin İsrailin "Makkabi" (Hayfa) komandası ilə heç-heçə (3:3) etdiyi Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında iş başında olub.
"Mançester Yunayted" - "Sabah" qarşılaşması sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
