Baş məşqçilərin üzü gülməsin, neynəsin? – Hamı yerindədir

16:40 Araşdırma 109
Baş məşqçilərin üzü gülməsin, neynəsin? – Hamı yerindədir

Premyer Liqanın 6-cı turu ilə bağlı maraqlı məqam var.

Hər nə qədər qəribə səslənsə də, həftəsonu baş tutacaq oyunlarda cəzalı futbolçu olmayacaq.

Daha doğrusu, bir nəfər cəzalıdır. Lakin o, uzun müddətə sıradan çıxdığı üçün onsuz da oynaya bilməyəcək.

Söhbət “Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadədən gedir.

Azərbaycan millisinə də dəvət alan yarımmüdafiəçi “Neftçi”ylə oyunda aldığı qırmızı vərəqəyə görə əsəbini qapının şüşəsini yumruqlamaqda görmüşdü ki, şüşə parçası ayağına düşüb ağır zədəyə səbəb olmuşdu.

Yeri gəlmişkən, 5 matçlıq cəzaya məruz qalan Səbuhinin cəzası bu həftə başa çatır.

Adətən, mövsümün startında hər turda 2-3 futbolçu cəzalı duruma düşürdü. Bu dəfə hamının oynamaq şansı olacaq.

Sentyabrın 18-də “Qəbələ” – “Neftçi”, “Qarabağ” – “Şəfa”, bir gün sonra “Sabah” – “İmişli”, “Turan Tovuz” – “Zirə”, sentyabrın 20-də “Şamaxı” – “Araz-Naxçıvan”, “Kəpəz” – “Sumqayıt” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti