Sumqayıtın “kimyaçılar”ı “Araz”da “batmadı” - FOTOREPORTAJ

27 Avqust 2023 02:30 Araz-Naxçıvan 635
Sumqayıtın “kimyaçılar”ı “Araz”da “batmadı” - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında IV tura start verilib.

Sportinfo.az xəbər verir ki, açılış oyunu “Dalğa Arena”da keçirilib.

Mövsümün ilk iki matçında qələbə qazanan “Sumqayıt” yenidən elitaya qayıdan “Araz-Naxçıvan”ın qonağı olub.

Baş hakim Kamal Umudlunun idarə etdiyi görüşün birinci hissəsində qapılara qol vurulmayıb.

Hesabı 63-cü dəqiqədə “gənclik şəhəri” təmsilçisi açıb. Rövlan Muradov penalti zərbəsini dəqiq yerinə yetirib.

Lakin Samir Abasovun yetirmələrinin üstünlüyü cəmi 9 dəqiqə çəkib. 72-ci dəqiqədə Turan Manafov cərimə zərbəsindən baxımlı qolla “status-kvo”nu bərpa edib.

Bu, həm də qarşılaşmada vurulan son qol olub. Səfərdə 1:1 hesablı heç-heçə edən “Sumqayıt” mövsümdə ilk dəfə xal itirib.

Üç görüşdən sonra komandanın hesabında 7 xal var. “Araz-Naxçıvan” isə xallarının sayını 4-ə yüksəldib.

Digər Xəbərlər
Xəbər Lenti