50 minlik vəd verdi, “Araz” 0:5-lik “şapalaq” yedi - Onu qəzəbləndirən şəxsi niyə QOVMUR?

17:00 Araz-Naxçıvan 304
50 minlik vəd verdi, “Araz” 0:5-lik “şapalaq” yedi - Onu qəzəbləndirən şəxsi niyə QOVMUR?

Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov «Araz-Naxçıvan»ın Premyer Liqanın ikinci turunda «Neftçi»yə 0:5 hesabıyla uduzmasına bərk qəzəblənib.

Bu barədə klubdan saytımıza məlumat daxil olub.

Redaksyamıza verilən informasiyaya görə, iş adamı çempionatın ilk turunda «İmişli» ilə qolsuz heç-heçədən necə narazı qalmışdısa, növbəti həftə «ağ-qaralar»a biabırçı məğlubiyyətə ondan da artıq dərəcədə hiddətlənib.

O, matçı izləsə də, final fitindən sonra paltardəyişmə otağına getməyib.

NFF-nın birinci şəxsi qarşılaşmadan 1 gün öncə komandanın qaldığı otelə gəlib, burada görüş keçirib. Qələbə müqabilində kollektivə 50 min manat mükafat verəcəyini vəd edib.

Fəqət, Cavid Hüseynun seçdiyi taktika və heyət oyun günü Axundovun əsəblərini tarıma çəkib.

Baş məşqçi ilə görüşmək istəməyən Zaur bəy hələlik gözləmə mövqeyindədir. Bir-iki tur da belə getsə, baş məşqçini istefaya göndərəcək.

Bəlkə də başqası olsaydı, artıq «qələmini qırmışdı». Cavid Hüseynova dəyməsinin səbəbi yox, səbəbkarı var.

O da Elxan Məmmədovdur.

Hazırda FİFA-da çalışan E.Məmmədov onun yaxın dostlarından biridir. AFFA-nın icraçı vitse-prezidenti işlədiyi müddətdə aralarında sıx əlaqə yaranıb.

Hüseynovun da xahişini ondan məhz Məmmədov edib. Arada xətir-hörmət var deyə, gənc çalışdırıcını sezonun başında işindən kənarlaşdırıb, dostunun qəlbini qırmaq istəmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti