“Sabah” yorğundur, məqsədimiz onları udmaqdır” - Səbəb göstərdi, iddialı danışdı

16:30 Araz-Naxçıvan 246
“Sabah” yorğundur, məqsədimiz onları udmaqdır” - Səbəb göstərdi, iddialı danışdı

“Sabah”la oyun bizim üçün ağır olacaq.

Səhvlərimiz üzərində işləməli, matça köklənməli, qalib gəlmək üçün əlimizdən gələni etməliyik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın müdafiəçisi Luka Dumançiç deyib.

2-ci turda “Neftçi”dən 0:5 hesablı ağır məğlubiyyət alan Naxçıvan təmsilçisi bu dəfə daha çətin sınaqla üz-üzədir.

“Qırmızı-ağlar” üçün üstünlük sayıla biləcək məqam rəqibin Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasıdır.

Heç şübhəsiz, Valdas Dambrauskas aparıcı futbolçulara kistirahət verəcək. Üstəlik, psixoloji baxımdan bu oyuna köklənmək “Sabah” üçün asan olmayacaq.

Xorvatiyalı futbolçu məhz bu üstünlükdən yararlanmağa çalışacaqlarını bildirib:

“Əlbəttə, dediyiniz məqamlar xeyrimizə işləyə bilər. Ardıcıl ağır oyunlardan sonra yorğunluğun olması qaçılmazdır. Yəqin ki, bizimlə oyuna fərqli “11-lik”lə çıxacaqlar.

Bu üstünlükdən yararlana bilərik. Təbii ki, daha az səhvə yol verməklə və sona qədər mübarizə aparmaqla. Məqsədimiz qalib gəlməkdir”.

Avqustun 31-də Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!