Federasiyanın prezidenti baş məşqçinin səlahiyyətlərinə “şərik oldu”

16:00 Araz-Naxçıvan 144
Federasiyanın prezidenti baş məşqçinin səlahiyyətlərinə “şərik oldu”

«Araz-Naxçıvan»ın yeni mövsümə uğursuz start verməsi Zaur Axundovu hərəkətə keçirib. Naxçıvan Futbol Federasiyasının prezidenti (NFF) artıq Cavid Hüseynova bel bağlamır. Bununla əlaqədar saytımız klubdan maraqlı məlumat əldə edib. Redaksiyamıza daxil olan informasiyaya görə, NFF-nın başçısı komandanı gündəlik nəzarətinə götürüb. O, məşq proseslərini yerində izləyir, futbolçulara öz məsləhətlərini verir. Hüseynovun onun iştirakçı olmadan heç bir iş görə bilməyəcəyinə əmin olan hörmətli Axundov daha iki istiqamət üzrə yardım əlini uzatmağa başlayıb. «Ağ-qırmızılar»ın meydana hansı taktika ilə çıxmasının müəyyənləşməsində yaxından iştirak edir. Həmçinin əsas heyətin seçilməsində verdiyi məsləhətlər əsas götürülür. Kim oynayacaq, kim kənarda qalacaq - NFF-nın birinci şəxsinin rəyi nəzərə alınır.
Verilən məlumata görə, Ceyhun Sultanovun bu işlərin heç birinə qarışmır. Bir neçə ay öncə prezident postuna gətirilən funksioner indi burada, sadəcə, müşahidəçidir. Sakit müşahidəçi. Belə də ki, Zaur Axundov olan yerdə o, niyə dinib-danışsın ki? Klubun bir böyüyü olar da.
Zaur Axundov, ümumiyyətlə, «Araz»dən ötrü yeganə böyük qüvvədir. Nə vaxt ki seyrçit mövqeyində dayanır, komandanın «ip»i əldən gedir. İndiyədək burada çalışmış baş məşqçilərin heç biri ondan ciddi təsirə malik olmayıb. Nə uğur qazanıblarsa, Axundovun dəstəyi və iştirakıyla qazanıblar.
Cavid Hüseynov da palaza bürünüb, elnən sürünməsə, onu heç kim qurtarmayacaq. Hətta Elxan Məmmədov da. Hazırda FİFA-da çalışan AFFA-nın sabiq icraçı vitse-prezidentinin xahişi ilə «ağ-qırmızılar»ın sükanı arxasına əyləşdirildiyi heç kimə sirr deyil. «Araz»da rəhbər vəzifə tutanların heç biri bu faktı danmır.
Premyer Liqanın ilk 2 turu göstərdi ki, o, təkbaşına nəticə əldə edə bilməyəcək. «İmişli» ilə qolsuz heç-heçə və «Neftçi»yə 0:5 hesablı məğlubiyyət Hüseynovla futbolçular arasında uçurumu bəlirlədi. Arada balans yaratmaq, onlara təsir göstərmək məqsədilə Zaur Axundovun sinəsini irəli verməsinə gənc mütəxəssis yalnız və yalnız sevinməlidir. Bəlkə bu yolla bir müddət postunu qoruyub saxladı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!