Zaur Axundov niyə baş məşqçilərin işinə qarışır?

17:40 Araz-Naxçıvan 192
Zaur Axundov niyə baş məşqçilərin işinə qarışır?

Rəsmiyyətdə bir (Zaur İsmayılov), reallıqda iki baş məşqçisi (Cavid Hüseynov) olan «Araz-Naxçıvan» ötən dörd həftə ərzində qələbəni bağrına basa bilməyib.

Cəmi 1 xal toplayıblar, onu da «İmişli»dən «oğurlayıblar».

Doğrusu, «Araz» mövsümün açılış turunda da məğlubiyyət almalı idi. «İmişli»dən çox-çox pis təsir bağışlamışdılar.

Bəxtləri gətirdi, uduzmadılar.

Növbəti rəqibləri isə «İmişli» qədər «Araz»a rəhmli yanaşmadı. «Sabah» və «Neftçi»nin ardınca, «Qarabağ»a da boyun əydilər.

Bu, müvəqqəti haldır. Təqvim bir az yüngülləşəndən sonra «Araz»ın canı dincələcək, müəyyən dərəcədə rahat nəfəs alacaqlar.

Ona görə yox ki, Cavid Hüseynov iyundan bəri formalaşdırmağa başladığı komandanı tədricən ələ alacaq. Düzdür, bu heyəti o yığıb, hər işi o görüb, lakin və amma…

Zaur Axundov yenidən inseativi götürüb. Komandanın «Sabah» və «Qarabağ»la matçlarda nisbətən yaxşı, fəal, hərəkətli təsir bağışlamasının fərqindəyik.

«Araz» bu oyunlarda kifayət qədər döyüşüb, qol epizodu yaradıb.

Cavid Hüseynova qalsa, yəni, baş məşqçiyə aid bütün səlahiyyətlər onda olsaydı, «Araz» yenə qəmgin və qorxaq futboluyla ürək bulandıracaqdı.

Bu, spesifik klubdur. Zaur Axundov çəkilib tamamilə kənarda dayansa, heç bir məşqçi burada nəticə əldə edə bilməz. Naxçıvan Futbol Federasiyasının prezidenti bunu bilir və görür.

Odur ki, yenidən komandanın divarları arasına nüfuz edib. Məşqə gəlir, sözünü deyir, tapşırığını verir. Sonra taktikanın və ilk «11-liy»in müəyyənləşdirilməsində iştirak eləyir.

Başqa klublarda belə hadisələr baş versəydi, aləm bir-birinə dəyər, ara qarışardı. Cavid Hüseynov bu halla barışır, zatən alternativ yolu yoxdur.

Su ki girdi qaba, oldu içməli. Qalıb işləmək, bu gün-sabah qovulmaq istəmirsə, palaza bürünüb elnən sürünməlidir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO