“Ən azı heç-heçəyə layiq oyun göstərdik.
Matça yaxşı başlamışdıq. Erkən qol bizi bir qədər sarsıtdı.
Bir xalı haqq edirdik. Komanda get-getə daha yaxşı formaya düşür.
Mübarizə əzmimiz daha da artıb. Nəticə qazanmağa hazırıq. “Qarabağ”la matçda qol epizodlarından vaxtında yararlansaydıq, ən azı 1 xal qazana bilərdik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Ceyhun Nuriyev Misli Premyer Liqasının 4-cü turunda “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Yarımmüdafiəçi hər iki qolu standart vəziyyətdən vurmalarına belə münasibət bildirib:
“Qarabağ”ın standart vəziyyətlərini analiz etmişdik. Bəli, boşluqları var idi. Bu boşluqları bilirdik. Demək olar ki, o boşluqlardan da qollar vurduq”.
“Araz-Naxçıvan”ın cari mövsümdəki hədəfi nədir?” sualını Nuriyev belə cavablandırıb:
“Hazırda hədəflər barədə danışmaq tezdir. Çünki geridə qalan turlar ərzində qələbə qazana bilməmişik.
İlk növbədə qalib gəlməliyik. Üçüncü dövrədə hədəflər barədə danışmaq olar. Hazırda hədəf qalib gəlməkdir”
