“Araz”dan ayrılan vinger Rumıniyada 1 illik müqavilə imzaladı - FOTO

16:20 Araz-Naxçıvan 132
“Araz”dan ayrılan vinger Rumıniyada 1 illik müqavilə imzaladı - FOTO

"Araz-Naxçıvan"dan ayrılan Nuno Rodriqeşin yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı vinger Rumıniyada oynayacaq.

O, yüksək liqada çıxış edən "Voluntari" ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rodriqeşlə 1 illik müqavilə imzalanıb.

Nuno 2023-cü ildə “Sportinq Kovilya”dan “Araz-Naxçıvan”a keçmişdi. O, bu ilin iyun ayında Naxçıvan təmsilçisindən ayrılıb.

Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq

Digər Xəbərlər
Xəbər Lenti