Zaur Axundov Elxan Məmmədovun kadrına xəbər göndərdi - “Neftçi”ni udmalısan, yoxsa…

15:15 Araz-Naxçıvan 396
Zaur Axundov Elxan Məmmədovun kadrına xəbər göndərdi - “Neftçi”ni udmalısan, yoxsa…

Misli Premyer Liqasında II turun növbəti oyunları bu gün keçiriləcək.

"Araz-Naxçıvan" Bakıda "Neftçi"nin qonağı olacaq.

Paytaxt klubu ilk turda "Sumqayıt"ı üstələyib (3:1), Naxçıvan təmsilçisi isə "İmişli" ilə qolsuz heç-heçə edib.

Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov «ağ-qaralar»la matçdan öncə Cavid Hüseynova xəbərdarlığını çatdırıb.

Bu barədə klubun özündən saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, NFF-nın birinci şəxsi funksionerlər vasitəsilə baş məşqçiyə xəbər göndərərək,3 xal tələb eləyib. O, «Neftçi» ilə qarşılaşmaların prinsipal əhəmiyyət daşıdığını, əvvəlki oyunların bu üzdən kifayət qədər gərgin keçdiyini xatırladıb.

«İmişli» ilə oyunda sərgilənən futboldan razı qalmayan Axundov söyləyib ki, o, «Araz»ın yüksək yerlər uğrunda mübarizə aparmasını, bu yolda sonadək davam gətirməsini istəyir.

Əksi olarsa, Hüseynovu heç də yaxşı aqibət gözləmir. Və tezliklə onun istefaya göndərilməsi gündəmə gətiriləcək.

Baxmayaraq ki, Cavid Hüseynova Elxan Səmədov himayədarlıq edir.

Yeni prezident Ceyhun Sultanovun bu təyinatın əleyhinə çıxdığı, sadəcə, Zaur Axundovun qardaşı Ramin Axundovun yerinə gətirdiyi şəxsin sözlərinə əhəmiyyət vermədiyi məlumdur.

Üç ildən artıqdır FİFA-da çalışan AFFA-nın sabiq icraçı vitse-prexzidenti NFF şefi ilə yaxın dostdur. Məmmədov xahişini etməsəydi, Axundov iki dünya da bir olsaydı, yenə «Araz»ı Hüseynova tapşırmazdı.

Əlbəttə, istənilən münasibət sərhəd tanımalıdır. «Ağ-qırmızılar» uğursuzluq seriyasına mübtəla olarsa, kuratorun baş məşqçi baxışı 180 dərəcə dəyişəcək və yollar tezliklə ayrılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti