Yeni prezidentin “tapıntısı” klubun büdcəsini “yeyir” - Göndərə bilmirlər

09:40 Araz-Naxçıvan 246
Yeni prezidentin “tapıntısı” klubun büdcəsini “yeyir” - Göndərə bilmirlər

“Araz-Naxçıvan” Misli Premyer Liqasının I turunda “İmişli”i ilə oyuna itki ilə çıxıb.

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmada Naxçıvan təmsilçisinin yarımmüdafiəçisi Şarl Boli iştirak etməyib.

Klubdan verilən məlumatda bildirilib ki təlim-məşq toplanışında zədələnən vingerin növbəti turda da meydana çıxması sual altındadır.

Əslində, fransalı ilə bağlı vəziyyət təqdim olunandan çox ciddidir.

Muxtar Respublika təmsilçisinin rəhbərliyi adıçəkilən legioneri daha burada görmək istəmir, amma onu düşərgədən göndərə bilmirlər. Mövcud müqavilə buna mane olur.

Şarl Boli Patrik Andrade ilə birlikdə «Araz»ın ən ödənişli futbolçusudur. İllik məvacibi 300 min dollardır. Hazırkı prezident Ceyhun Sultanovun ötən ilin yayında kluba «sırıdığı» yarımmüdafiəçi büdcəyə çox böyük «yük»dür.

Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov onun pulunu ödəməkdə çətinlik çəkir. Çünki biznesi çöküb, meydanda tək qalıb, köməyi yoxdur.

Boliyə dəfələrlə təklif olunub ki, müəyyən təzminat qarşılığında müqaviləni pozsun. O isə iki ayağını bir başmağa dirəyərək, pul davasını davam etdirir, geri çəkilmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!