Zaur Axundov yumruğunu stolun üstünə çırpacaq və QOVACAQ!

15:00 Araz-Naxçıvan 290
Zaur Axundov yumruğunu stolun üstünə çırpacaq və QOVACAQ!

Yüksək yerlər uğrunda mübarizə aparmaq iddiasıyla yola çıxdıqlarını demişdi Cavid Hüseynov. Təqribən 5-10 gün qabaq.

Ondan daha öncə isə «Araz-Naxsçıvan»ın yeni mövsümə 60 faiz hazır olduğunu söyləmişdi.

O söyləməyində, bir şeylər iddia etməsində olsun, görün, meydan və meydandakılar nə deyir, nə göstərir!

«İmişli» ilə qarşılaşma bar-bar bağırdı ki, Cavid Hüseynovun yaxşı üyütməyi, nağıl söyləməyi var. Əlinin altında Patrik Andrade kimi bir neçə təcrübəli futbolçusu olan baş məşqçi 2,5 aylıq müddəti boşa verib.

«Araz» Qəbələdə 90 dəqiqə boyunca 1-2 babat hücum təşkil etmədi, əks-hücum qura bilmədi, rəqib yaxşı təsir bağışladı, nəinki onlar.

«İmişli» qol vurmaq üçün bir neçə yaxaladı, «Araz» isə qonaqların qapısına uzaqdan boylana-boylana qaldı.

Zaur Axundovu futbolda aldatmaq çətin məsələdir. O, bu sahənin içində çoxdan «bişib» və püxtələşib.

Nə olsun ki, Cavid Hüseynovu vəzifə başına gətirməyi dostu Elxan Məmmədov ondan xahiş edib,

iki-üç tur da köynəyini dəyişməsə, komandanı bu cür qorxaqvari oynatmağa davam eləsə, Axundov yumruğunu stolun üstünə çırpacaq, Elmar Baxşıyevə bağlı qapılar arxasında verdiyi məşhur göstərişi Cavid Hüseynova da eşitdirəcək.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti