Zaur Axundov baş məşqçiyə inanmır, “Araz”ı “məhəllə komandası” sayır

16:00 Araz-Naxçıvan 126
Zaur Axundov baş məşqçiyə inanmır, “Araz”ı “məhəllə komandası” sayır

Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov Cavid Hüseynovun «Araz-Naxçıvan»dakı perspektivinə inanmır.

Bu barədə klubdan saytımıza maraqlı məlumat daxil olub.

Verilən informasiyaya görə, o, Premyer Liqanın ikinci turunda «Neftçi»yə 0:5 hesabıyla uduzan heyəti «məhlə komandası» adlandırıb.

Bu qarşılaşmadan sonra əsəbi şəkildə stadionu tərk eləmiş NFF-nın rəhbəri yaxın çevrəsiylə söhbətində «Araz»ın hələ belə zəif dövrünü xatırlamadığını bildirib.

Klubu qeyri-rəsmi formada himayəsinə götürmüş iş adamı bu qənaətdədir ki, gənc çalışdırıcı zəif seleksiya aparıb, hazırlıq planını düzgün qurmayıb. Üstəlik, ixtiyarındakı futbolçulardan düzgün istifadə eləmir.

Mamadu Kane kimi oyunçuların əsas heyətdə yer almalı olduğunu söyləyən Axundovun fikrincə, Hüseynovun təcrübəsizliyi və klub rəsmiləriylə məsləhətləşməkdən yayınması «Araz»ın bərbad təsir bağışlamasının səbəbləri arasındadır.

Naxçıvanlı biznesmen qeyd edib ki, o, tələsik qərar vermək, baş məşqçini vəzifəsindən götürmək istəmir. Daha iki-üç həftə Hüseynova şans tanımağı məqbul sayır.

Muxtar Respublika təmsilçisi mövsümün ilk turunda «İmişli»nin müqavimətini qırmağı bacarmayıb - 0:0. «Ağ-qırmızılar» ikinci həftədə «Neftçi»dən 5 cavabsız qol buraxaraq, böyük tənqidlərə məruz qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti