"Bizi adam yerinə belə qoymur! Özü kimi ətrafına erməniəsilli 2-3 nəfərı yığıb"

29 Mart 15:32 Azərbaycan Futbolu 1 110
"Bizi adam yerinə belə qoymur! Özü kimi ətrafına erməniəsilli 2-3 nəfərı yığıb"

«Azərbaycan futbolunu şikəst günə qoyan adamlardan biri və hətta birincisi Kazbek Tuayevdir».

Sportinfo.az xəbər verir ki, bu sözlər millinin keçmiş həkimi Naib Abdullaya məxsusdur.

Yığmalarla yanaşı, müxtəlif klublarda, o cümlədən, «Neftçi»də çalışmış tibb adamı AFFA İcraiyyə Komitəsinin üzvünü kəskin tənqid edib:

«79 yaşlı Kazbekin həmyaşıdları evdə oturub nəvə oynadır, o isə bir kreslo, bir otaqdan ibarət olan Olimpiya Ehtiyatları Futbol Məktəbinin drektoru kimi 40 ildir dövlətin büdcəsini talamaqla, 25-30 nəfərlik məşqçi heyətinin bankamat kartlarından istifadə etməklə məşğuldur. Məşqiçilər də "Kazbek bizimkilərdən yaxşıdır" tezisi ilə futbolu məhv etməkdədir.

Kazbek Tuayevlə 1 il bir komandada işləmişəm, onun Azərbaycana və azərbaycanlılara olan münasibətini çox yaxşı bilirəm. İşlədiyi müddətdə müşahidə etdiyim bu oldu ki, bu insan bizim pulumuzdan başqa hər bir halımıza nifrət edir.

Adi «salamı-sağol»u bizə layiq bilməyən Kazbek Azərbaycan dilində orta məktəbi bitirməsinə baxmayaraq burada doğulmasına, «Şöhrət» ordeni, Prezident təqaüdü almasına, 40 ildir olmayan bir məktəbin drektoru olmasına rəğmən, bizi adam yerinə belə qoymur!

Özü kimi ətrafına 2-3 nəfər erməniəsilli adamı yığmaqla və bizlərin futbol haqqında dediklərimizə «it hürər, karvan keçər» deməklə, öz halından məmnunluğunu ifadə edir. Siz də deyirsiz ki, Azərbaycan futbolu üçün elədiklərini unutmaq olmaz. Deyə bilərsizmi, hansı elədiklərini?

40 ildir Azərbaycan futbolunu məhv etməklə, erməniəsillilərlə ayrılmış büdcəni Bütövlükdə Azərbaycan futbolu hələ ki, dünya çapında bizdən qat-qat balaca və iqtisadiyyatı çox zəif ölkələrdən çox-çox geridədir. Ona görə burada nailiyyətdən danışmağın heç yeri yoxdur».

Digər Xəbərlər
Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi
26 May 22:40 Qurbanov lazım deyil?