Mübariz Mənsimov "Xəzər Lənkəran"ı 20 milyona satır?

20 Yanvar 2020 23:20 Azərbaycan Futbolu 2 254
Mübariz Mənsimov "Xəzər Lənkəran"ı 20 milyona satır?

"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun "Xəzər-Lənkəran" stadionunu satışa çıxarması barədə sosial şəbəkələrdə yeni xəbərlər yayılıb.

2016-cı ildə eyniadlı klubun fəaliyyətini dayandıran iş adamının arenaya 20 milyon manat qiymət qoyması haqda sosial şəbəkələrdə iddialara rast gəlirik.

Sportinfo.az söz-söhbətlərə aydınlıq gətirmək üçün stadionun direktoru Höccət Hacıyevlə əlaqə saxlayıb.

O, Türkiyədə yaşayan fəxri prezidentin istəyindən xəbərsiz olduğunu bildirib: "Stadion Mübariz müəllimin şəxsi mülkiyyətəidir. İstəyər, satar. İstəməz də ki, satmaz. Qalıb da yerində.

Bizdə bu barədə heç bir məlumat yoxdur. Stadionun nə satışa çıxarılması barədə eşitmişəm, nə də kiminsə almaq istəməsini.

Stadionda hər şey qorunur, olduğu kimi saxlanılır. Vəziyyəti normaldır.

Stadionun ərazisində 4 iaşə obyekti fəaliyyət göstərir. Oradan yığdığımız icarəhaqqından işçilərimizin maaşını ödəyirik. Bir az da "Palsüd" kömək edir".

Digər Xəbərlər
Xəbər Lenti