Azərbaycanda futbola bu qədər pul sərf olunduğunu bilirdiz?

12 Aprel 2025 14:20 Azərbaycan Futbolu 1 010
Azərbaycanda futbola bu qədər pul sərf olunduğunu bilirdiz?

Azərbaycanda son iki mövsümdə futbolun inkişafı ilə bağlı ayrılmış vəsaitlərin ümumi məbləği və meyarlar üzrə bölgüləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu göstəricilər AFFA-nın Hesabat Konfransındakı maliyyə hesabatında əksini tapıb.

2023/24 və 2024/25 mövsümlərinin hər birində futbolun inkişafına 39 milyon manat ayrılıb. Bir sözlə, iki mövsüm ərzində futbolun inkişafına 78 milyon xərclənib.

Hər iki mövsümdə Premyer Liqa klublarına 30 milyon, I Liqa təmsilçilərinə 3 milyon, milli komandaların saxlanılmasına 3 milyon, Region Liqası və bu turnirdə oyunların keçirilməsinə 1 milyon, VAR layihəsinə 1 milyon xərclənib.

II Liqa klublarına 700 min, menecer və məşqçi təhsilinə 300 min ayrılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO