"Hər şeyə nail olmaq mümkündür" - Vitse-prezident

12 Aprel 2025 03:10 Azərbaycan Futbolu 707
"Hər şeyə nail olmaq mümkündür" - Vitse-prezident

"Bizim kollektiv idman oyunlarında da uğurlarımız olacaq".

Sportinfo.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O, çıxışında Azərbaycanın idman ölkəsi olduğunu vurğulayıb:

"Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün dünyaya göstərdik ki, biz idman ölkəsiyik. Qazandığımız nəticələr də bunu deməyə əsas verir.

Hər şeyə nail olmaq mümkündür. Əsas odur, istək olsun, buna səy göstərilsin.

İnanıram ki, AFFA-nın yeni rəhbərliyi bunun öhdəsindən gələcək. Son Olimpiadada 3×3 basketbol yığmamız bunu sübut etdi.

Ümid edirəm ki, Azərbaycanın idman nailiyyətləri bundan sonra da davam edəcək. Azərbaycan futbolçuları da öz nailiyyətləri ilə bizləri sevindirəcək".

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM