Klub prezidentinin şikayətini təmin etmədilər, bağışlanmadı - VİDEO

12 Aprel 2025 02:20 Azərbaycan Futbolu 618
Klub prezidentinin şikayətini təmin etmədilər, bağışlanmadı - VİDEO

Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantıda bu məsələlər müzakirə olunub:

“Hypers Guba”nın prezidenti Ayaz Abdullayev barəsində verilən qərardan şikayətə baxılmasına dair

1. “Hypers Guba” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

2. 1 aprel 2025-ci il tarixdə II Liqada XIX tur çərçivəsində keçirilən “Hypers Guba” – “Ağdaş” oyunu bitdikdən sonra “Hypers Guba”nın prezidenti Ayaz Abdullayev hakimi təhqir etdiyinə görə klub rəsmisinin 3 oyun şərti olmaqla 5 oyun cəzalanması,

klubun 400 AZN məbləğində cərimə olunması və şərti cəzaya dair 3 ay sınaq müddəti təyin olunması (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 43.4-cü və 32-ci maddələri) barədə AFFA İntizam Komitəsinin 3 aprel 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.

3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO