Qadın futbolçularımız Litvaya qalib gəldi

4 Aprel 2025 22:20 Azərbaycan Futbolu 597
Qadın futbolçularımız Litvaya qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında Litvaya qalib gəlib.

Sportinfo.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C Liqasının IV qrupunda meydan sahiblərini 2:0 hesabı ilə üstələyib.

Vilnüsdəki “Jalgiris” stadionunda təşkil edilən qarşılaşmada yığmanın qollarını Manya Esra (21) və Nigar Mirzəliyeva (55) vurub.

Azərbaycan yığması aprelin 8-də səfərdə Monteneqro ilə üz-üzə gələcək. Komanda daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib.

Qrupda iki oyun keçirən Monteneqro Litvanı 3:1 hesabı ilə üstələyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!