UEFA Abdulbari Gözəl və Çingiz İsmayılovun xatirəsini Konqresdə yad etdi - VİDEO

3 Aprel 2025 17:20 Azərbaycan Futbolu 634
UEFA Abdulbari Gözəl və Çingiz İsmayılovun xatirəsini Konqresdə yad etdi - VİDEO

"Qarabağ"ın fəxri prezidenti Abdulbari Gözəl və AFFA-nın sabiq baş katibi Çingiz İsmayılovun xatirəsi Serbiyanın paytaxtı Belqradda keçirilən UEFA-nın 49-cu Konqresində yad olunub.

Sportinfo.az "teleqraf"a istinadən xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferinin təklifi ilə bütün tədbir iştirakçıları 1 dəqiqəlik sükut üçün ayağa qalxıblar.

Ötən konqresdən keçən dövr ərzində dünyasını dəyişmiş qitə futbol ictimaiyyətinin xatirələri yad olunub.

Abdulbari Gözəl və Çingiz İsmayılovdan başqa Elbrus Məmmədov, Sədrəddin Məmmədov və Novil İsmayılovun adları siyahıda nümayiş etdirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!