COP29

Daha bir məşhur futbolçumuz minifutbol klubundan dəvət aldı

8 Fevral 23:40 Azərbaycan Futbolu 634
Daha bir məşhur futbolçumuz minifutbol klubundan dəvət aldı

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq üzvü Vüqar Nadirov yenidən futbol meydanlarına qayıda bilər.

Veteran futbolçuya minifutbol klubu "İnter"dən dəvət gəlib.

"İnter" bu il yaradılıb və ölkə çempionatında çıxış edir.

Əfran İsmayılovun kapitanı olduğu komandada Azərbaycan millisinin sabiq üzvləri cəm olub.

Qış transfer dönəmində Hüseyn Məhəmmədov, Zeynal Zeynalov kimi tanınan simaları heyətinə qatan "İnter"in növbəti hədəfi Vüqar Nadirovdur.

Hazırda tərəflər arasında danışıqlar davam edir.

Razılıq əldə olunsa, mövsümün qalan bölümü 37 yaşlı forvardı yenidən meydanlarda görə bilərik.

Vüqar Azərbaycan millisində 61 oyun keçirib.

"Qarabağ"ın yetirməsi ən parlaq günlərini elə bu klubda yaşayıb.

O, Ağdam təmsilçisindən başqa "Xəzər Lənkəran", "İnter" və "Səbail" klublarının formasını geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"