AFFA bu komitə ilə bağlı QƏRAR VERDİ – Yanvarın 15-dən 22-dək...

14 Yanvar 2022 16:40 Azərbaycan Futbolu 955
AFFA bu komitə ilə bağlı QƏRAR VERDİ – Yanvarın 15-dən 22-dək...

AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Antalya səfərinə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə qərar assosiasiya daxilindəki müzakirələrdən sonra qəbul olunub.

Komitədən təmsil olunanların əksərinin yaşı 60-ı ötdüyündən, koronavirus pandemiyasına görə onlar xüsusi risk qrupuna aid edilib. Yəni virusa daha tez yoluxub, daha gec sağalan təbəqənin nümayəndələridir.

Müzakirələrin yekununda komitənin iki üzvünün – Əsgər Abdullayevlə Şahin Diniyevin Türkiyəyə yollanması məqsədəuyğun sayılıb.
Belə ki, adları çəkilən mütəxəssislər bir həftə, yanvarın 15-dən 22-nə qədər Antalyada məskunlaşıb, Premyer Liqa komandalarının təlim-məşq toplanışlarını və yoldaşlıq görüşlərini yaxından izləyəcək.

Azərbaycanın 5 komandası – “Qarabağ”, ” Zirə”, “Neftçi”, “Sumqayıt” və “Sabah” çalışmalarını Antalyada davam etdirir. “Qəbələ” isə yanvarın 15-də qardaş ölkəyə yola düşəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti