"Hansısa küskünlük olanda futbolçu belə addım atır" - Namiq Ələsgərovun qərarına münasibət

24 Avqust 2021 21:00 Azərbaycan Futbolu 1 535
"Hansısa küskünlük olanda futbolçu belə addım atır" - Namiq Ələsgərovun qərarına münasibət

"Klubu ilə 1 illik müqaviləsi olduğu halda hər şey yaxşı olsaydı, inanmıram ki, Namiq "Neftçi"dən ayrılardı. Deməli, hansısa mənfi nüanslar olub ki, o da komandanı tərk etmək qərarı verib".

Bu Sözləri Sportinfo.az-a açıqlamasında Namiq Ələsgərovun "Bursaspor"a keçidinə münasibət bildirən millimizin sabiq üzvü Vaqif Cavadov deyib.

Cavadov nadir hallarda hansısa futbolçunun öz istəyilə komandasını dəyişdiyini bildirib: "Hər iki tərəfi dinlədikdən sonra dəqiq nəsə demək olar. Hansısa küskünlük olanda futbolçu belə bir addım atır. Nadir hallarda olur ki, futbolçu öz istəyilə klubunu dəyişir".

Vaqif bir vaxtlar özünün də oynadığı Türkiyə birinci liqası haqqında da danışıb: "Türkiyə 1-ci liqası çox asan görünməsin. Çünki çox güclü çempionatdır. Komandalarda adlı-sanlı güclü futbolçular var. Zəif çempionatdı demək olmaz. Namiqə uğurlar arzu edirəm. Azərbaycan Premyer Liqasındakı performansını saxlamasını istərdim. Bundan həm futbolçunun özü, həm də Azərbaycan futbolu qazanmış olar".

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR