"Sumqayıt"a ikiqat cərimə

17 May 2021 13:40 Azərbaycan Futbolu 565
"Sumqayıt"a ikiqat cərimə

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, yığıncaqda Premyer Liqanın XXVI və XXVII turunda baş verənlərlə bağlı qərarlar verilib.

XXVI turun “Keşlə” – “Sumqayıt” oyununda hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hərəsi 800 manat cərimə olunub.

“Sumqayıt” XXVII turun “Neftçi” ilə matçında da analoji səbəbindən eyni cəriməyə məruz qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!