"Araz-Naxçıvan" yeni mövsüm Birinci Divizona qayıdacaq"

15 Aprel 2021 22:20 Azərbaycan Futbolu 989
"Araz-Naxçıvan" yeni mövsüm Birinci Divizona qayıdacaq"

Azərbaycan futbolunda hazırkı mövsümün başa çatmasına az qalır. Bu baxımdan yeni mövsümlə bağlı məsələlərin getdikcə daha çox müzakirə olunması normaldı.

Futbol ictimaiyyətini maraqlandıran əsas məsələ isə hansı bölgə klubunun böyük futbola qayıtmasıdır. Deyəsən, gözlənilən yeniliklərdən biri baş tutacaq. Belə ki, uzun müddətdən sonra Naxçıvan təmsilçisini böyük futbolda görə bilərik.

Bu barədə Sportinfo.az-a açıqlamasında "Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev böyük ümidlə danışıb: "Belə bir şey gözlənilir, amma bunu rəhbərlik daha yaxşı bilər. Mən bildiyim qədərilə yəqin ki, "Araz Naxçıvan" növbəti mövsüm Birinci Divizona qayıdacaq".

Təcrübəli mütəxəssis hazırda komandanın hansı istiqamətdə hazırlanması barədə isə bunları deyib: "Araz Naxçıvan" öz məşqlərini yeni tikilmiş bazada davam etdirir. Bütün Naxçıvan futbolu üçün analoqu olmayan baza tikilib. Mən bu komandaya həvəskar kimi baxmıram. Bu komandanın məşqləri, futbolçu seçimi peşəkar aparılır. Bu baxımdan heç bir narahatçılıq yoxdur".

Xəbər Lenti