“Sabah”a belə uduzmaq bizi daha çox üzür, məyusuq”

“Sabah”a belə uduzmaq bizi daha çox üzür, məyusuq”

“Slaviya”nın yarımmüdafiəçisi Mixal Sadilek Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda Bakıda “Sabah”a 0:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

Sportinfo.az Çexiyanın “Nova Sport” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu açıqlamasında məğlubiyyətin əsas səbəbi kimi qol imkanlarından yararlana bilməmələrini göstərib:

“Bilmirəm, mənə elə gəldi ki, yaratdığımız qol imkanlarında bir qədər tələsirdik. Lazımi qədər soyuqqanlı deyildik.

Rəqib isə əldə etdiyi imkanlardan yararlandı. Təəssüf ki, biz bu oyunu belə təsəvvür etmirdik”.

Çexiya millisinin üzvü komandasının xüsusilə ilk hissədə oyuna nəzarət edə bilmədiyini etiraf edib:

“Bəli, məhz belə idi. Topa çox sahib ola bilmirdik, ən azı birinci hissədə. Yalnız ikinci hissədə, qol buraxdıqdan sonra oynamağa çalışdıq. Amma bu, kifayət etmədi”.

Sadilek Bakıda qələbə qazana bilməmələrinin onları daha çox məyus etdiyini vurğulayıb:

“Bu məğlubiyyət bizi çox məyus edir. Əlbəttə, qələbə qazana bilmədiyimiz hər oyun bizi üzür, amma bu dəfə daha çox.

Düşünürəm ki, qol imkanlarımız var idi. Rəqib iki dəfə topu qapı xəttindən çıxardı.

Dediyim kimi, çox məyusuq. Onlar imkanlarından yararlandılar, biz isə yox. Bizim göstərdiyimiz oyun kifayət etmədi”.

“Slaviya” Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi ilk iki oyunun hər ikisində məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku
13 Oktyabr 04:10 Mənsimov da qol vurdu