“Neftçi”dəki braziliyalı “Sportinfo”nun suallarından qaçmadı, iddia irəli sürdü

21:20 Müsahibə 126
“Neftçi”dəki braziliyalı “Sportinfo”nun suallarından qaçmadı, iddia irəli sürdü

“Neftçi”nin yarımmüdafiəçisi Qustavo Klisman Sportinfo.az-a müsahibə verib.

26 yaşlı braziliyalı komandasının “Sabah”la 0:0 oynadığı matçdan sonra sualları cavablandırıb.

- Nəticədən razı qaldığınızı deyə bilərik?

- Bu oyunda məqsədimiz yalnız qələbə idi. Əslində, qalibiyyətə uyğun oyun göstərdik. Son dəqiqəyə qədər qol imkanları yaratdıq, üstünlük nümayiş etdirdik. Təəssüf ki, bəxtimiz gətirmədi, fürsətləri qola çevirə bilmədik. 1 xal qazancdır, amma bizi razı sala bilməz.

- Belə çıxır ki, 1 xal qazanmadınız, 2 xal itirdiniz.

- Belə demək olar. Xüsusən son dəqiqələrdə Bassala Sambunun baş zərbəsini qeyd etməliyəm. Rəqib qapıçı həmin epizodda möhtəşəm qurtarış etdi. “Sabah”ın da təhlükəli vəziyyətlərini göz önünə gətirsək, fikrimcə, 1 xal komandalar üçün qazanc oldu.

- Oyun kifayət qədər sərt, bəzi epizodlarda kobud məcrada keçdi. Bu, kənardan xoş görünür, azarkeşlərin ürəyincə olur. Belə olması siz futbolçular üçün necədir? Bundan ləzzət alırsınız?

- Prinsipial matçlarda belə olur. Çalışırdıq qaydalar çərçivəsində aqressiv oynayaq. Məncə, futbolçular da bundan zövq alır.

- Bu oyunu “Neftçi”də olduğun dönəmin ən maraqlı qarşılaşması hesab edirsən?

- Mən də belə düşünürəm. Oyunun prinsipiallığı və turnir cədvəlindəki önəmi belə vəziyyət yaratmışdı. Mən də bacardığım qədər əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Bəzən alınırdı, bəzən yox.

- Stadiondakı ab-hava barədə nə deyə bilərsən?

- Möhtəşəm görüntülər idi. Bu gün azarkeşlərin dəstəyindən həzz aldım. Onların dəstəyi bizə əlavə güc verirdi. Əvvəldən sona qədər dayanmaq bilmədən “Neftçi”ni dəstəklədilər. Hər birinə təşəkkür edirəm. Onlar bizim 12-ci oyunçumuzdur. Təəssüf ki, azarkeşlərimizi qələbə ilə sevindirə bilmədik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti