“Oyuna çox güclü hazırlaşırıq. İrəlidəki oyunlar biraz çətin komandaya qarşı olacaq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın özbək yarımmüdafiəçisi Umarali Raxmonaliyev deyib.
“Mən nəticələrlə bağlı oyunlardan əvvəl danışmıram. Nəticə ancaq Allahdandır. Biz oyuna 100 faiz yox, 200 faiz hazır olacağıq.
Hər bir metrdə biz canımız, ürəyimizlə oynayacağıq. Nəticə nə olar, biz bilmirik.
Bu gün oyunda bizə dəstək olmaq üçün özbək qardaşlar da var idi. Fikirləşirəm ki, irəli oyunlarda daha çox olacaqlar”, - deyə o əlavə edib.
