Bu gün Çempionlar Liqasının liqa mərhələsində ikinci tura start verilib.
"Sabah" Bakıda ilk görüşünə çıxıb. Azərbaycan çempionu "Slaviya"nı (Praqa) qəbul edib.
Təmsilçimiz matçdan 2:0 hesablı qələbə ilə ayrılıb.
Sportinfo.az xəbər verir ki, UEFA-nın Texniki Müşahidəçilər Qrupunun qiymətləndirməsinə əsasən matçın ən yaxşı futbolçusu matçın 88-ci dəqiqəsində yekun hesabı bəlli edən Coy Lens Mikels olub.
UEFA-nın təqdim etdiyi statistikaya əsasən, Mikels oyunda 10,9 kilometr məsafə qət edib. Onun maksimal sürəti saatda 32,7 kilometr olub.
