Rəşad Sadıqov yaxşı seleksiyası ilə seçilən məşqçilərimizdən hesab olunur.
Hətta bir vaxtlar bəzi gənclərin "Qarabağ"a cəlb olunmasında məhz onun xidmətləri var.
Amma Sadıqovun da seçimləri özünü doğrultmur. Bunun ən bariz nümunəsi Yeqor Baqomolskidir.
Belaruslu futbolçun “Neftçi”də oynadığı ilk dönəmlərdən Sadıqov bəyənirdi.
Bir neçə dəfə onu “Zirə”yə cəlb etmək istəyib, amma bu, baş tutmamışdı.
Yalnız 2025-ci ilin yayında bu mümkün oldu və forvardla iki illik anlaşma imzalandı.
Bu da ona olan inamın göstəricisidir.
Lakin arxada qalan müddətdə Baqomolski heç cür ümidləri doğrultmadı. Baxmayaraq ki, heç də az şans almadı.
2025/26 mövsümdə "qartallar"ın formasında keçirdiyi 25 görüşdə 1 qolla yadda qaldı.
Nəticədə ötən ilin gedişində Rusiya “Ural”ına icarəyə verildi.
Baqomolski özünü orada da yaxşı tərəfdən göstərə bilmədi. Forma şansı aldığı 12 qarşılaşmada 1 məhsuldar ötürmədən başqa heç nə ilə yadda qalmadı.
Və yenidən “Zirə”yə qayıtdı.
Ötən yay avrokuboklarda 3 oyunda meydana çıxdı, amma heç bir fayda verə bilmədi.
Artıq gözlədiyi performansı Baqomolskidən ala bilməyən Sadıqov da bu futbolçunun komandaya fayda verməyəcəyinə əmin oldu.
Nəticədə planlardan çıxarıldı, bu mövsüm üçün sifariş olunmadı.
Transferə çıxarılıb, "Zirə" hətta onu pulsuz buraxmağa razıdır.
Amma yeni mövsümün başlamasından artıq iki ay keçsə də, Baqomolskinin xidmətində maraqlı olan bir klub belə yoxdur.
Yalnız “Zirə”nin məşqlərində iştirak edən futbolçu maaşını almaqla “Zirə”yə əlavə yükdür.
XANOĞLAN/ SPORTİNFO.AZ
