“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska komandanın sabiq çalışdırıcısı Pep Qvardiolanın qarşıdakı oyuna mümkün səfəri ilə bağlı danışıb.
Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis mətbuat konfransında Qvardiolanın planlarından xəbərsiz olduğunu bildirib:
“Mançester Yunayted”lə oyundan sonra (1:0) onunla danışmışdım. Buna görə də, hansı planlarının olduğunu bilmirəm.
Birbaşa stadiona gələcək, yoxsa əvvəlcə məşq bazasına baş çəkəcək – bu barədə məlumatım yoxdur. Hazırda Pepin nə planlaşdırdığını bilmirəm.
Bu, hamı, xüsusilə də, azarkeşlər üçün həyəcanverici hadisədir”.
Daha əvvəl Pep Qvardiolanın UEFA Çempionlar Liqasının əsas mərhələsində “Mançester Siti” ilə PSJ arasında keçiriləcək matçı izləmək üçün stadiona gələcəyi barədə məlumat yayılıb.
Qarşılaşma oktyabrın 14-də, saat 23:00-da start götürəcək.
