COP29

Yeni baş məşqçinin köməkçiləri açıqlandı - RƏSMİ

8 Aprel 17:20 Araz-Naxçıvan 1 282
Yeni baş məşqçinin köməkçiləri açıqlandı - RƏSMİ

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Elmar Baxşıyevin köməkçiləri müəyyənləşib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis “Qəbələ”də birgə çalışdığı Xaqani Məmmədov və Rasim Ramaldanovu özü ilə Naxçıvan təmsilçisinə aparıb.

Premyer Liqa təmsilçisi məşqçi heyətini rəsmi saytı vasitəsilə açıqlayıb.

Onlar bu gün klubla müqavilə imzalayıblar. “Araz-Naxçıvan” Elmar Baxşıyevin rəhbərliyi altında artıq ilk məşqinə də çıxıb.

Elmar Baxşıyev futbolçu karyerası ərzində “Xəzər Universiteti”, “İnter”, “Xəzər-Lənkəran”, “Neftçi” və “Qəbələ” klublarının formasını geyinib, Azərbaycan millisinin heyətində 30-dan çox oyun keçirib.

Baş məşqçi kimi “Qəbələ”ni çalışdıran mütəxəssis Azərbaycan Kubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti