Əhməd dünya çempionu oldu!

03:10 Cüdo 100
Əhməd dünya çempionu oldu!

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz finalda Qazaxıstan cüdoçusu Şerzad Davlatova qalib gələrək dünya çempionu olub.

Əhməd Yusifov ilk görüşündə Tümenjarqal Tuvşinturaya (Monqolustan) qalib gəlib. Daha sonra Harş Sinqhi (Hindistan) və Ayub Bliyevi (Rusiya) mübarizədən kənarlaşdırıb.

Azərbaycan cüdoçusu yarımfinalda Yunq Vey Yanqa (Tayvan) qalib gələrək finala yüksəlib və həlledici görüşdə də Davlatovdan üstün olub.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...