“Neftçi”nin 10 qolu - Kimlər vurdu, kimlər baxdı?

07:40 Neftçi 106
“Neftçi”nin 10 qolu - Kimlər vurdu, kimlər baxdı?

Tofiq Bəhramov adına Respublika stadionunun 75 illik yubileyi ilə əlaqədar “Neftçi” və “Jalgiris-Vilnüs” komandalarının veteran futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, əlamətdar günə səbəb olan arenada baş tutan görüş veterenlarımızın 10:9 hesablı qələbəsi ilə nəticələnib.

“Neftçi”nin qollarından 4-nü Vəli Qasımov, 2-sini Mahmud Qurbanov vurub. Kənan Kərimov, Alim Qurbanov, Emin Quliyev və Adil Şükürov isə hərəyə bir dəfə fərqləniblər.

Qol müəlliflərindən başqa, “ağ-qaralar”ın heyətində Arif Əsədov, Tərlan Əhmədov, Mehman Yunusov, Hüseyn Məhəmmədov, Ədəhim Niftəliyev, Əli Abışov, Xəyal Mustafayev kimi veteran futbolçular meydana çıxıblar.

Respublika stadionunda ilk oyun 1951-ci il sentyabrın 16-da məhz bu komandalar arasında baş tutub. “Neftçi” o vaxt “Spartak” adlanan klubu 4:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...