Bu yay "Qarabağ"dan "Seltik"ə keçən Kamilo Duran Kolumbiya millisinə debüt edib.
Sportinfo.az xəbər verir ki, hücumçu Paraqvaya 0:1 hesabı ilə uduzduqları yoldaşlıq oyununda 88-ci dəqiqədə Con Ariasın əvəzinə meydana daxil olub.
Artıq "Seltik"in aparıcı futbolçularından olan Kamilo Duran Şotlandiya klubundakı ilk 12 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
O, ötən mövsüm “Qarabağ”ın heyətində UEFA Çempionlar Liqasında isə 5 qol vurmuşdu.
