İndiyədək 60 minə yaxın insan azad olunan torpaqlara qayıdıb

08:10 Araşdırma 110
İndiyədək 60 minə yaxın insan azad olunan torpaqlara qayıdıb

“Bu gün Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir.

Regionun ümumi planlaşdırılması başa çatıb.

13,6 min kvadrat kilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur”.

Bunu Xankəndi şəhərində keçirilən forumda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Onun sözlərinə görə, əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin Baş planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıb.

Qarabağ və Şərqi Zəngəzurda son dörd il ərzində 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub.

A. Quliyev bildirib ki, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində artıq 60 minə yaxın insan bu ərazilərdə yaşayır, işləyir və təhsil alır.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!