Biri “Neftçi”dən - Bu həftə üç nəfər Premyer Liqadan kənarda qaldı

17:40 Araşdırma 112
Biri “Neftçi”dən - Bu həftə üç nəfər Premyer Liqadan kənarda qaldı

Premyer Liqanın 4-cü turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Üç komandanın üç üzvü həftəsonu baş tutacaq oyunları kənardan izləyəcək.

Kimdir onlar?

“Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadə, “Qarabağ”ın əsas simalarından biri Kadi Borges və “Neftçi”nin əsas heyət üzvü Elvin Bədəlov.

Adları çəkilənlər öncəki turlarda aldıqları qırmızı vərəqələrin bədəlini ödəmək məcburiyyətindədir. Bu səbəbdən turun oyunlarına kənardan baxacaqlar.

Sentyabrın 5-də “Qəbələ” – “İmişli”, “Kəpəz” – “Şamaxı”, ertəsi “Sabah” – “Zirə”, “Neftçi” – “Şəfa”, sentyabrın 6-da “Turan Tovuz” – “Sumqayıt”, “Qarabağ” – “Araz-Naxçıvan” matçları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi