Bakıda leysan, bölgələrdə şimşək və dolu... Xəbərdarlıq edildi

08:00 Araşdırma 79
Bakıda leysan, bölgələrdə şimşək və dolu... Xəbərdarlıq edildi

Bakıda və Abşeron yarımadasında sentyabrın 7-si gündüzdən 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Azərbaycanın rayonlarında sentyabrın 6-sı axşam saatlarından 8-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 7-si axşam və 8-i gecə saatlarında yağıntıların qısa müddətə güclənəcəyi, yüksək dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimal olunur.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM