Sulu qar yağacaq - Xəbərdarlıq edildi

16 Oktyabr 2025 08:00 Araşdırma 853
Sulu qar yağacaq - Xəbərdarlıq edildi

Bu gün Azərbaycanın şərq rayonlarından başlayaraq oktyabrın 18-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, oktyabrın 17-də yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...