"Qarabağ" onu yaxşı xatırlayır, gənclər pis - Avstriyadan gələn kimdir?

17:20 Araşdırma 197
"Qarabağ" onu yaxşı xatırlayır, gənclər pis - Avstriyadan gələn kimdir?

Avstriyalı FIFA referisi Sebastyan Qishamer üçüncü dəfə Azərbaycan komandasının matçını idarə edəcək.

Sportinfo.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində Ukrayna - Azərbaycan görüşünə təyinat alan hakim daha əvvəl "Qarabağ" klubunun və U-21 millisinin oyununda iş başında olub.

Bu gün 37 yaşını qeyd edən ədalət təmsilçisi 2017-ci ildə Azərbaycan və Çexiyanın U-21 yığmalarının yoldaşlıq qarşılaşmasında söz sahibi olub. Həmin görüş çexlərin 5:0 hesablı qələbəsi ilə bitib.

Qishamer daha sonra, 2023-cü ildə "Qarabağ"ın səfər qələbəsinə şahidlik edib.

Həmin vaxt Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində İsveç "Hakken"ini minimal hesabla üstələyib - 1:0.

Ukrayna - Azərbaycan qarşılaşması bu gün, Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti