Azərbaycanlı müdafiəçi Parisdə neyləyib, xəbəriniz olsun!

12 Oktyabr 2025 19:25 Araşdırma 3 189
Azərbaycanlı müdafiəçi Parisdə neyləyib, xəbəriniz olsun!

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə DÇ-2026-nın seçmə mərhələsində Fransa yığmasına qarşı keçirilən oyunun (0:3) ən yaxşı oyunçularından biri seçilib.

“Sofascore”un məlumatına görə, Mustafazadə müdafiədəki çıxışına görə komandanın ən yüksək - 7,7 bal qiymətini alıb.

Futbolçu rəqibdən topu beş dəfə alıb, səkkiz zərbəni bloklayıb və iki dəfə topu ələ keçirərək müdafiədə önəmli rol oynayıb.

Eyni zamanda, “qol + ötürmə” sistemi üzrə Fransa yığmasının lideri Kilian Mbappe oyunun ən yaxşısı seçilib və görüşün əsas qəhrəmanına çevrilib.

Beləliklə, Mustafazadə və Mbappe öz mövqelərində matçın ən yaxşıları olublar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti