Ermənilərin 74 faizi hesab edir ki, Azərbaycanla sülh...

08:10 Araşdırma 172
Ermənilərin 74 faizi hesab edir ki, Azərbaycanla sülh...

Ermənistanın müxalif “Ayakve” hərəkatının bəyanatında bildirilir ki, bu ilin iyulunda – 8 avqustda Vaşinqton razılaşmasından əvvəl – keçirilmiş sorğunun nəticələri kifayət qədər maraqlıdır.

Bu barədə erməni mediası məlumat yayıb.

Bəyanatda qeyd olunur:

“Yaxın vaxtlarda keçiriləcək yeni sorğular göstərəcək ki, bu razılaşma ictimai əhval-ruhiyyəyə necə təsir edib, baxmayaraq ki, əsaslı dəyişiklik gözlənilmir. İyul ayında keçirilmiş sorğuya əsasən, respondentlərin 74 faizi hesab edir ki, Azərbaycanla sülh mümkün deyil. Əvvəlki sorğularla müqayisədə bu göstərici əhəmiyyətli dərəcədə artıb”.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 08:20 Bu cür seçim etdilər
8 Oktyabr 07:50 Zirvədəkilər... VİDEO