
Azərbaycanın III MDB Oyunlarının medal sıralamasındakı mövqeyi dəyişməyib.
Sportinfo.az xəbər verir ki, ölkəmizin aktivində 62 medal var.
Onlardan 8-i qızıl, 21-i gümüş, 33-ü isə bürüncdür.
İlk pillədə 96 medalla (64 qızıl, 19 gümüş, 13 bürünc) Rusiya qərarlaşıb.
İlk “üçlüy”ü 52 medalla (7 qızıl, 19 gümüş, 26 bürünc) Belarus tamamlayır.
III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.