
Çempionlar Liqasının əsas mərhələsində "Benfika" ilə üz-üzə gələcək "Qarabağ" daha əvvəl avrokuboklarda 4 dəfə Portuqaliya təmsilçiləri ilə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, "köhlən atlar"ın ilk belə dueli 2018-ci ilə təsadüf edib.
Azərbaycan çempionu həmin vaxt Avropa Liqasının qrup mərhələsinin I turunda "Sportinq"in qonağı olub. Sentyabrın 20-də gerçəkləşən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Həmin mövsüm qrup mərhələsinin V turunda da Lissabon komandası sevinən tərəf olub. Bakı Olimpiya Stadionunda reallaşan oyunda yeddi qol vurulub - 6:1. "Qarabağ"ın heyətində 14-cü dəqiqədə Abdullah Zubir fərqlənib.
Ağdam klubu 2023/2024 mövsümündə UEFA Avropa Liqasında H qrupunu ikinci pillədə başa vurduqdan sonra pley-offda "Braqa" ilə üz-üzə gəlib.
Azərbaycan çempionu səfərdə rəqibini məyus edib - 4:2. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan cavab matçının əsas vaxtı qonaqların 2:0 hesablı qalibiyyəti ilə bitiyi üçün əlavə vaxta ehtiyac duyulub.
"Qarabağ"ın heyətində 102-ci dəqiqədə Mateuş Silva, 120+2-ci dəqiqədə isə Nəriman Axundzadə rəqib qapısına yol tapıblar. "Braqa"dan Simon Banza 115-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Beləliklə, "köhlən atlar" iki qarşılaşmanın nəticəsinə (6:5) əsasən 1/8 finala yüksəlib.
Bu gün Lissabondakı "Eştadiu da Luş" stadionunda təşkil edəcək "Benfika" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.